Ərazi bütövlüyü və suverenlik müzakirə olunmaz prinsiplərdir

Donald Tusk: «Ötən il silahlı qarşıdurmalar yenidən Avropa qitəsinə qayıtdı»

Latviyanın Avropa İttifaqında sədrliyi çətin bir dövrdə, ciddi daxili və xarici problemlərlə başlayır. Bu barədə Riqada Avropa İttifaqı Şurasının sədri Donald Tusk bəyan edib.

Onun sözlərinə görə, bu problemlərdən biri şərq qonşuları ilə bağlıdır: “Ötən il silahlı qarşıdurmalar yenidən Avropa qitəsinə qayıtdı. Ərazi bütövlüyü və suverenlik Avropada müharibədən sonra qurulan təhlükəsizliyin müzakirə olunmaz prinsipləridir.

Aİ azadlıq və demokratiyanın müdafiəsində həmrəylik nümayiş etdirməlidir. Bu mənada cari ilin mayında Riqada keçiriləcək növbəti tərəfdaşlıq sammiti Avropa Qonşuluq Siyasəti baxımından vacib mərhələ olacaq. D.Tusk bildirib ki, Latviya artıq Aİ-nin şərq siyasətinə öz töhfəsini verməkdədir.

 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993