Dövlətqaçqınkomda məcburi köçkünlərin növbəti ənənəvi qəbulu keçirilmişdir

Hər ay olduğu kimi cari ilin ilk ayının - yanvarının 15-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində məcburi köçkünlərin növbəti ənənəvi qəbulu keçirilmişdir. Dövlətqaçqınkomun sədrinin müavini Gəray Fərhadov həmin gün müxtəlif ərazilərdə məskunlaşmış məcburi köçkünləri qəbul edib.

Ənənəvi qəbulda Dövlətqaçqınkomun departament və şöbə müdirləri, Bakı şəhərinin rayonları üzrə sektor müdirləri, eyni zamanda ərazisi işğal altında olan rayonların icra hakimiyyəti başçılarının müavinləri də iştirak ediblər.

Müxtəlif məsələlərin həlli ilə bağlı qəbula gələn məcburi köçkünlərin problemlərini diqqətlə dinləyən G.Fərhadov müraciətlərdə əksini tapan bəzi məsələlərin qısa müddətdə araşdırılaraq qanunauyğun şəkildə tədbir görülməsi üçün Komitənin aidiyyatı strukturlarının məsul şəxslərinə müvafiq tapşırıqlar vermişdir. Bunlarla yanaşı, edilən müraciətlərin bəziləri operativ qaydada yerindəcə həll olunmuş, bəzi müraciətlər isə baxılması, araşdırılması və müvafiq tədbirlər görülməsi üçün qeydiyyata alınmışdır.

Müxtəlif məsələlərin həllinə kömək məqsədilə müraciət edən məcburi köçkünlər qəbuldan razı qaldıqlarını, müraciətlərinin müvafiq qayda və normalar əsasında müsbət həllini tapacağına ümid bəslədiklərini bildirərək göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını ifadə etmişlər.

 

 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993