Erməni lider tarixi etiraf etdi

Ruben Akopyan: «Biz ortada qalmış xalqıq»

“V əsrdə biz İranla Bizansın ortasında qalmışdıq, indi isə Rusiya ilə ABŞ-ın ortasındayıq, sabah da kimlərsə çıxacaq”.

Bunu Ermənistanın “İrs” partiyasının parlament fraksiyasının başçısı Ruben Akopyan qanunverici orqandakı çıxışında deyib. V əsrdən bu yana Ermənistanın müstəqilliyin itirməsindən danışan Akopyan bildirib: “Onda da biz özümüzdən başqa hamını günahlandırmaqla məşğul idik, biz bütün bəlalara görə İran və Bizansı günahlandırırıq. Problem isə özümüzdədir. Biz tariximizin niyə bu cür getdiyini müəyyən etməyənə qədər qonşularımızı günahlandırmaqda davam edəcəyik”. “Milli dəyərimiz olan ailəmizi itirdiyimizə görə məgər Amerika günahkardır?” - deyə Akopyan parlamentə sual verib. 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993