Ağsuda zəlzələnin nəticələri aradan qaldırılır

Prezident İlham Əliyev görülən işlərlə yerində tanış olub

Mətbuatda xəbər verildiyi kimi, Prezidenti İlham Əliyev  Şamaxı, İsmayıllı və Ağsu rayonlarında fevralın 5-də və 6-da baş vermiş zəlzələnin törətdiyi fəsadların aradan qaldırılması ilə bağlı görülən işlərlə yerində tanış olmaq üçün martın 6-da Ağsu rayonunda olub.

Xatırladaq ki, episentri Ağsu və İsmayıllı rayonlarının ərazisində olan zəlzələlər nəticəsində Şamaxı, İsmayıllı və Ağsu rayonlarında fərdi evlər qəzalı vəziy­yətə düşmüş, sosial və infrastruktur obyektlərinə ziyan dəymişdi. Təbii fəlakətdən dərhal sonra Prezident İlham Əliyevin tapşırıq və göstərişlərinə əsasən görülən təxirəsalınmaz tədbirlər nəticəsində adıçəkilən rayonlarda mühəndis-kommunikasiya təminatı sistemləri tam bərpa edilib, zərər çəkmiş əhaliyə ilkin yardım göstərilib.

Hadisənin səhəri günü dövlətimizin başçısı zəlzələ zonasına gə­lərək sakinlərlə görüşmüş, təbii fəlakətin törətdiyi fəsadların aradan qaldırılacağını bildirmişdi. Prezident İlham Əliyev elə buradaca əhalinin müraciətlərinə diqqətlə baxılması, evlərə, həmçinin sosial və infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması üçün müvafiq icra strukturlarına tapşırıq və göstərişlərini ver­mişdi. Elə həmin gün dövlətimizin başçısı baş vermiş zəlzələlər nəticəsində Şamaxı, İsmayıllı və Ağsu rayonlarında evlərə, sosi­­al və infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması üçün 2019-cu ilin dövlət büdcəsində nəzərdə tutulmuş Pre­zi­dentin Ehtiyat Fondundan ilkin olaraq iki milyon manat ayrılması haqqında Sərəncam imzalamışdı. Bundan sonra hər 3 rayonda dərhal tikinti və təmir işlərinə başlanmışdı.

Dövlətimizin başçısı Ağsuda zəlzələ nəticəsində zərər çəkən evlərin yerində yenidən aparılan tikinti işləti ilə tanış olub. Föv­qəladə hallar naziri Kəmaləddin Heydərov ölkə rəhbərinə zəlzələ zonasında görülən işlər barədə məlumat verib. Bildirilib ki, yaradılmış komissiyalar tərəfindən əhalinin müraciətlərinə əsasən indiyədək Şamaxıda 4893, Ağsu­da 1461, İsmayıllıda 919 evə baxış keçirilib. Müəyyən olunub ki, Şamaxıda 244, Ağsuda 150, İsmayıllıda 97 ev kəskin qəzalıdır. Şamaxıda 1111, Ağsuda 265, İsmayıllıda 262 evin bərpa-gücləndirməsinə ehtiyac var. Şama­xıda 1800, Ağsuda 1022, İsmayıl­lıda 354 evin isə təmirə ehtiyacı var. Bütövlükdə bu rayonlarda 88 ev sökülməyə hazırlanıb, 65 ev sökülüb və sökülməyə başlanıb, həmçinin 38 evin tikintisi aparılır.

Prezident İlham Əliyev Ağsu şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib.

Daha sonra Prezident İlham Əliyev rayon sakinləri ilə görü­şüb, onlarla söhbət edib. Dövlə­timizin başçısı Ağsu sakinlərinin ərizələrini qəbul edib. Görüşdə zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı görülən işlər barədə danışılıb, dövlətimizin başçısı sakinləri narahat edən məsələləri dinləyib, müvafiq tapşırıq və tövsiyələrini verib.

 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993