“Onlar heç kimdir”

Hərbi ekspert Emin Həsənli xaricdəki xəyanətkarlar haqqında danışıb 

Hərbi yönümlü QHT-lər, milli qəhrəmanlar, ehtiyatda olan zabitlər, Qarabağ əlilləri, şəhid ailələri, müharibə veteranları, Çernobil əlilləri, Əfqanıstan veteranları, 20 Yanvar hadisəsi iştirakçıları hamısı bir yerdə cənab Prezidentin, Ali Baş Komandanın apardığı siyasəti dəstəkləyir. Cənab Prezident, Ali Baş Komandan bu kateqoriyadan olan insanlara mənzil verir, avtomaşın verir, Prezident təqaüdü verir, övladlarının təhsil haqqını dövlət hesabına, hətta özəl universitetlərdə oxusa belə, təmin edir. Onların istirahəti, onların sağlamlığı ilə  bağlı böyük bərpa mərkəzləri tikilib. Bu insanlar daim ölkə başçısının diqqət və qayğısını görür. Ölkə başçısı hər il ad gününü bu kateqoriyadan olan insanlarla keçirir. Tez-tez cəbhə bölgələrinə gedir. Güclü Azər­bay­can dövləti yaradılıb, güclü ordu yaradılıb.

Bu fikirləri Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şura­sının üzvü, Tərxis Olunmuş Hərb­çilərin Gəncləri Maariflən­dirmə İctimai Birliyinin (TOHGMİB) sədri, hərbi ekspert Emin Həsənli curnalistlərlə söhbətində deyib.

O qeyd edib ki,  2016-cı ilin aprel hadisələri onu göstərdi ki, Azərbaycanın güclü ordusu var, vətənpərvər gəncliyi var. Amma təəssüflər olsun ki, orduxanlar, turallar, qurbanlar, isalar və digər­ləri Azərbaycan dövlətini gözdən salmaq üçün xarici  xü­susi xidmət orqanlarının maliy­yəsi ilə  kampaniya aparır, dövlətimizin başçısının yürütdüyü siyasətə, milli maraqlarımıza zidd fəaliyyət göstərirlər. Bunlar Er­mə­­­­­nistana tez-tez səfərlər edən separatçı Əlikram Hümbətovla bir yerdədir. “Biz hərbiyönümlü QHT-lər bunu pisləyirik. Qətiy­yət­lə pisləyirik. Daim cənab Prezidenti və onun apardığı siyasəti dəstəkləyirik. Bu siyasət Heydər Əliyev siyasətidir”, - de­yə Emin Həsənli bildirib.

O, üç-beş nəfər  təsadüfi adamın güclü, qüdrətli Azərbay­can dövlətinin təməl prinsiplərinə zərər vura, ölkəmizdəki ictimai-siyasi sabitliyi poza bilməyəcəklərini bəyan edərək deyib: “Onlar heç kimdi, onların arxasında du­ranlar müxtəlif zamanlarda cəhd etdilər ki, Azərbaycanda icimai-siyasi sabitlik pozulsun, xaos yaransın. Bura Suriyanın, İraqın gününə çevrilsin. Biz bu prosesləri 1988-93-cü illərdə keçmişik. Azərbaycanda  söz azadlığı var, internet azadlığı var deyə, istənilən adam istənilən fikri yazır. Amma bu, kimisə təhqir etməyə Azərbaycan dövlətinin qanunlarına tabe olmamağa,  hüquqa tabe olmamağa, insanlara qarşı həd­yanlar söyləməyə imkan verə bilməz. Biz tələb edirik ki, hüquq mühafizə orqanları o insanlar barədə konkret ölçü götürsün. Dünyanın hər yerində belədir və bizdə də bu cür olmalıdır”.

Azərbaycanda ictimai-siyasi sabitliyi pozmaq, ölkədə hərc-mərclik yaratmaq istəyənlərin çirkin niyyətlərini heç vaxt həyata keçirə bilməyəcəklərini bir daha vurğulayan E.Həsənli deyib: “Azərbaycan müasir, sivil dövlətdir. Bu gün Azərbaycanda sarsılmaz xalq-iqtidar birliyi var. Xalqımız Ümummilli Lider Heydər Əliyevin və Prezident İlham Əliyevin siyasətini dəstəkləyir. Azərbaycan xalqı, cəmiyyəti ölkəmizin müstəqilliyinə və xalqımızın firavanlığına istənilən qəsdin reallaşmasına heç cür imkan verməyəcək”.

 

 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993