Xankəndinin işğal günü ilə bağlı anım tədbiri keçirilib

Dekabrın 26-da Qaçqınların və Məjburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Xankəndinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 27-ji ildönümü münasibəti ilə anım tədbiri keçirilib.

Tədbirdə Dövlət Komitəsinin sədri, sədr müavinləri, şöbə və departament rəhbərləri, Qarabağ müharibəsi veteranları, əslən Xankən­didən olan ziyalılar iştirak ediblər.

Torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Ermənistan-Azərbayjan, Dağ­lıq Qarabağ münaqişəsinin tarixindən söz açılarkən bildirilib ki, ermənilər bu ərazilərə, təxminən, iki yüz il əvvəl köçürülüblər. Lakin  öz havadarlarından dəstək alaraq yerli azərbayjanlı əhaliyə davakar münasibət göstərib,  daim milli zəmində qarşıdurma yaradıb, vaxtaşırı ərazi iddiası qaldırıblar. Qeyd olunub ki, ötən əsrin 60-70-ji illərində erməni millətçilərinin Dağlıq Qarabağı Azərbay­jandan ayırıb Ermənistana birləşdirmək jəhdləri Ulu Öndər Heydər Əliyevin qətiyyəti nətijəsində puça çıxarılıb, bu niyyətdə olanlar dərhal o dövrün qanunları çərçivəsində jəzalandırılıblar.

Dağlıq Qarabağda erməni separatizmi yalnız xalqımızın dahi oğlu siyasi hakimiyyətdən uzaq­laşdırıldıqdan sonra baş qaldırıb. Bölgənin mərkəzi şəhəri olan Xankəndi əhalisinə qarşı etnik təmizləmə, əslində, 1989-ju il­dən başlanıb. Burada yaşayıb-işləyən azərbayjanlılar təqib edilib, zorla ev-eşiyindən qovulub. 1991-ji il dekabrın 26-dan 28-dək isə etnik təmizləmə və işğal xüsusi amansızlıqla həyata keçirilib, həmin vaxtdan Xankəndi tamamilə separatçıların və Ermənis­tandan gəlmiş silahlıların əlinə keçib.

Dağlıq Qarabağdakı tarixi torpaqlarından didərgin düşən bütün soydaşlarımız kimi Xan­kəndindən olan məjburi köçkünlər də ağır günlər keçiriblər. Hazırda onlar res­publikamızın 38 şəhər və rayonunda məskunlaşaraq, Azər­bay­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­jan dövlətininin diqqət və qayğısı ilə əhatə ediliblər. Prezident İlham Əliyev məjburi köçkünlərin sosial problemlərinin həllini, mənzil məişət şəraitinin yaxşılaşdırılmasını prioritet olaraq müəyyənləşdirib. Bir neçə gün önjə Sumqayıtda açılmış qəsəbə bu kateqoriyadan olan 1000 ailənin mənzil-məişət şəraitinin yaxşılaşmasına imkan verəjək, beləliklə, indiyədək yeni ev və mənzillə təmin olunmuş məjburi köçkünlərin sayı 300 minə çatajaq. Dövlətimizin başçısı yeni ildə də bu sahədə mühüm tədbirlərin görüləjəyini bəyan edib. Birinji vitse-prezident xanım Mehriban Əliyeva Bakı və Sumqayıtda qə­zalı və ağır binalarda məskunlaşmış məjburi köçkünlərlə bağlı işin sürətləndirilməsi üçün tapşırıq verib və onun ijrasına nəzarət edir.

Anım tədbirində Azərbayjan Respublikası Milli Məjlisinə 122 saylı Xankəndi seçki dairəsindən seçilmiş deputat , Milli Qəhrəman Şirin Mirzəyevin həyat yoldaşı Flora Qasımova çıxış edib. O qeyd edib ki, etnik təmizləmə və işğal zamanı Xankəndindən 100 nəfər şəhid olub, əhali doğma yurd-yuvalarını tərk edib. Ötən əsrin 90-jı illəri ilə müqayisədə əhalinin daha yaxşı yaşadığını deyən millət vəkili bildirib ki, indi onların tək istəyi Xankəndinin azad olunmasıdır. Qeyd olunub ki, Aprel döyüşləri zamanı ordumuzun qazandığı qələbə xalqda bu inamı daha da güjləndirib. Biz yenidən, Azərbayjan bayrağının Xankəndidə dal­ğalanajağına inanırıq.

Anım tədbiri çıxışlarla davam edib.

Sonda Xankəndiyə həsr olunmuş film nümayiş olunub.

 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993