Sabirabadda məcburi köçkünlərin məskunlaşdığı qəsəbə təbii qazla təmin olunub

“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası istiqamətində SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən Sabi­rabad rayonunun Rüstəmli kəndi ərazisində Zəngilan rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı qəsəbəyə təbii qaz verilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 161 fərdi evdən ibarət olan qəsəbənin qazlaşdırılması üçün birpilləli sistem əsasında 10 min 574 metr müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, mənzillərə sayğac və fərdi tənzimləyici qoyulub.

Qəsəbəyə təbii qazın verilməsi münasibətilə keçirilən mərasimdə çıxış edən Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov, Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov son illər ölkədə qaz təchizatı sisteminin yenidən qurulduğunu diqqətə çatdırıb, qəsəbə və kəndlərin qazlaşdırılması istiqamətində həyata keçirilən irimiq­yaslı layihələrdən danışıblar. Bildirilib ki, ölkəmizdə məcburi köçkünlərin sosial prob­lemlərinin həlli dövlətimizin sosial siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirilib və bu istiqamətdə işlər uğurla davam etdirilir.

Qəsəbə sakinləri “mavi yanacaq”la təmin olunduqlarına görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Sonda qəsəbəyə təbii qazın verilməsini bildirən rəmzi məşəl yandırılıb.

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993