Cocuq Mərcanlıda şagirdlərə məktəbli forması paylanılıb

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Döv­lət Komitəsi Cəbrayıl rayo­nunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndindəki şəhid Novruz Asla­nov adına tam orta məktəbin şagirdlərini mək­təbli geyimi ilə təmin edib. Mək­təbli geyimləri sentyabrın 15-də Bilik günü münasibəti ilə keçirilən təd­birdə şa­girdlərə təqdim olunub.

Tədbirdə Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Ka­mal Həsənov müəllimləri, şa­girdləri və valideynləri yeni dərs ilinin başlanması münasibəti ilə təbrik edərək bildirib ki, Cocuq Mərcanlı Azərbaycan xalqının əyilməzliyinin və işğal altında olan torpaqlarımıza “Böyük qayıdış”ın simvoludur. İşğaldan azad edildikdən sonra Pre­zident İlham Əliyevin müvafiq sərəncamları əsasında tamamilə yenidən qurulan və bütün lazımi infrastrukturu bərpa olunan kənddə daha güllə səsləri deyil, məktəb zənginin və məsciddən ucalan azanın sədaları eşidilir. Doğma yurda köçmüş sakinlər təhlükəsiz və rahat həyat şəraitində yaşayırlar. On­ların məşğulluğunun təmin edilməsi istiqamətində məqsəd­yönlü tədbirlər həyata keçirilir.

Xatırladaq ki, Cocuq Mər­canlı kəndi 1993-cü ilin avqus­tunda Ermənistan silahlı qüv­vələri tərəfindən işğal edilsə də, 1994-cü ilin yanvarında ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə ordumuzun həyata keçirdiyi uğurlu Horadiz əməliyyatı zamanı azad olunub. Lakin ya­xınlıqdakı Lələtəpə yüksəkliyində düşmən mövqeləri yerləşdiyindən kənddə yaşamaq qeyri-mümkün idi. Yalnız 2016-cı ilin aprel döyüşlərində qəhrəman döyüşçülərimizin bu yüksəkliyi geri almasından sonra mövcud təhlükə aradan qalxıb. Məcburi köçkün sakinlərin Cocuq Mərcan­lı­ya qayıdışı davam edir

 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993