“Cəbhədəki vəziyyəti şüurlu şəkildə Kreml qızışdırır”

Rusiyalı politoloq müsahibəsində söyləyib

“Bu il Dağlıq Qarabağ konflikti zonasında, təmas xəttində gərginliyini artması özünü göstərir. Belə vəziyyətdə Ermənistan hakimiyyəti daha diqqətli olmalıdır”. Bu fikri rusiyalı publisist və siyasi analitik Andrey Piontkovskiy erməni elektron portallarından birinə müsahibəsində söyləyib.

“Belə vəziyyətdə İrəvan ehtiyatlı şəkildə Moskvaya tabe olmalıdır, ona görə ki, Rusiya Ermənistanın təhlükəsizliyinin qarantı kimi çıxış edir və onun strateji tərəfdaşıdır” - deyib politoloq.

“Mən istisna eləmirəm ki, vəziyyətin vaxtaşırı gərginləşdirilməsinə Kreml tərəfindən şüurlu şəkildə gedilir ki, Azərbaycan və Ermənistana təzyiq rıçaqları olsun. Ermənistana münasibətdə bu siyasət onun Avrasiya layihələrinə qoşulması baxımından daha effektli alınır” - əlavə edib analitik. 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993