Gənc əsgərlər hərbi and içiblər. Onların sırasında Azərbaycan Prezidentinin oğlu Heydər Əliyev də var

 

Sentyabrın 16-da Azərbay­can Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin N saylı hərbi hissəsində gənc əsgərlərin andiçmə mərasimi keçirilib.

Mərasimdə Azərbaycan Pre­zidenti, Ali Baş Komandan İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri iştirak ediblər.

Dövlət Təhlükəsizliyi Xidmə­tinin rəisi, general-leytenant Mə­dət Quliyev Prezident, Ali Baş Komandan İlham Əliyevə raport verib.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva xalqımızın ümummilli lideri Hey­dər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstəsi qoyublar.

Hərbi hissənin komandiri andiçmə mərasiminə hazırlıq ba­rədə Ali Baş Komandana məruzə edib.

Prezident İlham Əliyev şəxsi heyəti salamlayıb.

Sonra döyüş bayrağı hərbi marşın sədaları altında sıra meydanına gətirilib.

Bunun ardınca Vətən uğrunda həlak olan hərbi qulluqçuların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.

Daha sonra gənc əsgərlər and içiblər. And içən gənc əs­gərlər sırasında Azərbaycan Prezidentinin oğlu, burada hərbi xidmət keçən Heydər Əliyev də var.

Prezident, Ali Baş Komandan İlham Əliyev şəxsi heyəti təbrik edərək deyib: “Əziz əsgərlər, sizi hərbi and içməyiniz münasibətilə ürəkdən təbrik edirəm, sizə uğurlar arzulayıram”.

Hərbi hissənin şəxsi heyəti təntənəli marşla tribunanın qarşısından keçib.

Gənc əsgərlərin andiçmə mərasimində iştirak edən valideynlər Prezident İlham Əliyevlə görüşüb söhbət ediblər.

Sonda xatirə şəkilləri çəkdirilib.

 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993