Məcburi köçkünlərin müraciətlərinə diqqət və qayğı göstərilir

Prezidenti  İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşları qəbulu edir və onların müxtəlif məsələlərlə bağlı müraciətlərində, ərizə və şikayətlərində qaldırılan məsələlərin həlli istiqamətində tədbirlər görürlər.

Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə uğurla həyata keçirilən sosial siyasətin prioritet istiqamətlərindən biri də qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllidir. Birinci vitse-prezident xanım Mehriban Əliyeva da bu məsələyə həssaslıqla yanaşır, ən ağır vəziyyətdə yaşayan məc­buri köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün  həyata keçirilən tədbirləri daim diqqətdə saxlayır.

Qaçqınların və məcburi köçkünlərin işiləri üzrə dövlət siyasətinin mühüm istiqamətlərindən biri də bu kateqoriyadan olan vətəndaşların müraciətlərinə baxılması, bu zaman şəffaflığın təmin edilməsi, mövcud qanunverciliyə uyğun tədbirlərin görülməsidir. Hazırda Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin fəaliyyətində bu məsələyə xüsusi diqqət yetirilir.   

Belə ki, Dövlət Komitəsinin sədri Rövşən Rzayevin bu ilin may, iyun, iyul aylarında keçirdiyi görüşlərdə, ümumilikdə, 3153 nəfər vətəndaşın müraciətinə baxılmışdır ki, onların da mütləq əksəriyyəti məcburi köçkünlər olub. Qəbul zamanı məcburi köçkünlər tərəfindən əsasən mənzil, qeydiyyat, kommunal xidmətlər, yol təmiri, təmir-bərpa, işədüzəlmə və digər bu kimi məsələlərlə bağlı kollektiv və fərdi qaydada müraciətlər olunub.

Qeyd etmək lazımdır ki, Dövlət Komitəsinin sədri mərkəzi aparatdakı qəbul otağında (həftədə bir dəfə olmaqla) ümumilikdə 1082 nəfər vətəndaşı qəbul edib. O, eyni zamanda, Agcabədi (218 nəfər), Ağdam (135 nəfər), Bərdə (87 nəfər),  Gəncə (187 nəfər), İmişli (32 nəfər) rayonlarında və Cocuq Mərcanlı (14 nəfər) kəndində ümumilikdə 673 nəfər, Bakı şəhərinin Yasamal (350 nəfər), Binəqədi (490 nəfər),  Nərimanov (120 nəfər), Xəzər (340 nəfər), Xətai (70 nəfər) və Suraxanı (28 nəfər) rayonlarında 1398 nəfər qaçqın və məcburi köçkünlə görüşüb, müraciətlərini dinləyib.

Bu müraciətlərdə qaldırılan məsələlərin araşdırılması və qanunvericilik əsasında həlli ilə bağlı aidiy­yəti şöbə və departamentlərə müvafiq tapşırıqlar verilib.

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993