Binəqədi rayonunda qəzalı binada məskunlaşmış məcburi köçkünlərlə görüş keçirilib

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev və müavinləri, Binəqədi Rayon İcra Hakimiyyətinin nümayəndələri ilə birgə Binəqədi rayonu, 8-ci mikrorayonda Bakı Humanitar Kollecinin yataqxanasında məskunlaşan məcburi köçkünlərlə görüşüblər.

Məcburi köçkünlərin yaşadıqları yerlərə baş çəkən Rövşən Rzayev onların problemləri ilə yerində tanış olub, suallarını cavablandırıb.

Dövlət Komitəsinin sədri Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın qaçqın və məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılmasını daim diqqətdə saxladıqlarını deyib. Bildirib ki, dövlət bu təbəqədən olan vətəndaşlarımıza xüsusi qayğı ilə yanaşır. Heydər Əliyev Fondu tərəfindən hazırda bir sıra layihələrin icra olunduğunu söyləyən Dövlət Komitəsinin sədri daha ağır vəziyyətdə yaşayan məcburi köçkünlərin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində mərhələli və sistemli şəkildə işlərin həyata keçirildiyini vurğulayıb.

Görüşdə digər rayon və şəhərlərdəki məcburi köçkünlərlə də bu cür görüşlərin nəzərdə tutulduğu diqqətə çatdırılıb. Qeyd edilib ki, görüşün məqsədi məcburi köçkünlərin qayğıları ilə yaxından tanış olmaq, onların problemlərini daha dərindən öyrənməkdir.

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993