Vətən səsi

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin kollegiyasının tərkibi haqqında

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin kollegiyasının tərkibi haqqında

Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı

№ 285                                                                                                                                                                                                                                                                              Bakı şəhəri, 5 iyul 2018-ci il

Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 fevral tarixli 187 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”nin 5.7-ci bəndinə uyğun olaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin kollegiyasının 7 nəfərdən ibarət aşağıdakı yeni tərkibi təsdiq edilsin:

Kollegiyanın sədri

Rövşən Rzayev      -           Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri

Kollegiyanın üzvləri:

Gəray Fərhadov     -           Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini

Fuad Hüseynov     -           Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini

Etibar Abdullayev -           Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Aparatının rəhbəri

Tofiq Şamilzadə    -           Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət  Komitəsinin maliyyə-mühasibat şöbəsinin müdiri

Sənan Hüseynov    -           Qaçqınların və Məcburi Köçkünlərin İşləri  üzrə Dövlət Komitəsinin məskunlaşma, miqrasiya və məşğulluq şöbəsinin müdiri

Natiq Hüseynov    -          Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Repatriasiya Departamentinin direktoru.

 2.  “Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin kollegiyasının tərkibi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 6 mart tarixli 64 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 3, maddə 292, № 12, maddə 1158; 2009, № 4, maddə 277; 2013, № 5, maddə 563) 1-ci hissəsi ləğv edilsin.

Novruz MƏMMƏDOV

Azərbaycan Respublikasının Baş naziri

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993