Dövlət Komitəsinin sədri Gəncədə məcburi köçkünlərin müraciətlərini dinləyib

Qəbuldan əvvəl Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev və Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Eldəniz Mehdiyev ümummilli lider Heydər Əliyevin abidəsini və Kəlbəcər Şəhidlərinin Abidə Kompleksini ziyarət edib, önünə gül dəstələri qoyublar.

Kəlbəcər rayon Mədəniyyət Sarayında keçirilən qəbulda Komitə sədri Rövşən Rzayev Gəncə şəhərində, Samux, Göygöl rayonlarında müvəqqəti məskunlaşmış və Kəlbəcər rayonundan olan məcburi köçkünlərin müraciətlərinə baxıb.

Əvvəlcə Dövlət Komitəsinin sədri qəbula gələn 70 nəfərədək məcburi köçkünün müraciətini ayrı-ayrılıqda dinləyib.

Sonra eyni məsələlərlə bağlı müraciət edən 100 nəfərədək məcburi köçkün sədr tərəfindən ümumilikdə qəbul edilib və müraciətləri dinlənilib.

Qəbula gələnlər komitə sədrinə əsasən mənzillə təminat, işə qəbul, kommunal xidmətlər və digər sosial problemlərin həlli ilə bağlı müraciət ediblər. Bütün müraciətlər Dövlət Komitəsi tərəfindən qeydə alınıb. Müraciətlərin bir qismi yerindəcə öz həllini tapıb. Dövlət Komitəsinin sədri digər müraciətlərin qısa müddətdə araşdırılması və müvafiq tədbirlər görülməsi üçün tapşırıqlar verib.

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993