Dövlət Komitəsində Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri ilə görüş olub

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Serhan Aktoprakla görüşüb.

Dövlət Komitəsinin sədri qaçqınlar və məcburi köçkünlər məsələsinin qlobal problemə çevrildiyini vurğulayıb, Azərbaycanın da 30 ildir bu problemlə üz-üzə qaldığını, Ermənistanın təcavüzkar siyasəti nəticəsində bir milyondan çox soydaşımızın doğma yurdlarından didərgin düşdüyünü xatırladıb. Bildirilib ki, qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli Azərbaycan dövlətinin prioritetlərindən biri kimi Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə bu istiqamətdə irihəcmli proqramlar icra edilir. Ağır və qəzalı şəraitdə yaşayan məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir.

Dövlət Komitəsinin sədri BMqT-nin Azərbaycanda qaçqın və məcburi köçkünlərlə bağlı icra etdiyi layihələrə görə təşəkkür edib.

Serhan Aktoprak Azərbaycanın məcburi köçkünlərin sosial problemlərinin həlli ilə bağlı atdığı addımları yüksək qiymətləndirib. Vurğulayıb ki, BMqT Azərbaycanda məcburi köçkünlərlə bağlı həyata keçirilən layihələrin iştirakçısı olmaqdan məmnunluq duyur.

Görüşdə Dövlət Komitəsi ilə BMqT arasında mövcud və gələcək tərəfdaşlıq məsələləri, qarşılıqlı əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993