Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində kollegiya iclası keçirilib

Ötən həftə - iyunun 14-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində kollegiya iclası keçirilib.

Komitə sədri Rövşən Rzayev iclası açaraq aprelin 11-də keçirilmiş prezident seçkilərinin ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisə olduğunu, dövlətimizin başçısı İlham Əliyevin yenidən bu ali vəzifəyə seçilməsinin xalq-iqtidar birliyinin möhkəmliyini bir daha nümayiş etdirdiyini vurğulayıb.

Prezident İlham Əliyevin mərkəzi icra hakimiyyəti orqanları, o cümlədən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi qarşısında çox mühüm və təxirəsalınmaz vəzifələr qoyduğu qeyd edilib. Verilən tapşırıqları vaxtında və yüksək səviyyədə yerinə yetirmək üçün daha böyük məsuliyyət və əzmkarlıqla çalışmağın zəruriliyi diqqətə çatdırılıb.

Bildirilib ki, Prezident İlham Əliyevin siyasətinin mərkəzində ölkə vətəndaşları, onların sosial rifahı dayanır ki, bu baxımdan da məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər və layihələr prioritet hesab edilir.

İclasda gündəlikdəki məsələlərə dair müzakirələr aparılıb, qarşıda duran vəzifələr müəyyənləşdirilib, onların yerinə yetirilməsi üçün konkret tapşırıqlar verilib.

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993