İtaliyada məcburi köçkünlüyə dair qanunvericiliklə bağlı kurs keçirilmişdir

BMT-nin Qaçqınlar üzrə Ali  Komissarlığının xətti ilə cari il iyun ayının 11-dən 15-dək İtaliyanın Sanremo şəhərində Beynəlxalq Humanitar Hüquq İnstitutu tərəfindən məcburi köçkünlərin insan hüquqları üzrə xüsusi məruzəçisi ilə əməkdaşlıq şəraitində məcburi köçkünlüyə dair qanunvericiliklə bağlı kurs keçirilmişdir.

"Ölkə daxilində köçürülməyə dair rəhbər prinsiplər"in 20-ci ildönümü (GP20) ilə əlaqədar keçirilən bu ilki kursda ölkəmizi Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov təmsil etmişdir.

Əvvəlki illərdə olduğu kimi, ölkə daxilində köçürülmə məsələlərinə görə cavabdeh olan dövlət rəsmiləri və vətəndaş cəmiyyəti təmsilçiləri üçün nəzərdə tutulmuş kursda məcburi köçkünlük halları ilə bağlı dolğun məlumatlar verilmiş, xüsusi məruzəçilə, həmçinin məcburi köçkünlük sahəsində ixtisaslaşdırılmış və bu sahədə təcrübəyə malik şəxslərlə təmasda olmaq imkanı əldə edilmişdir.

Bu baxımdan kursun gedişi zamanı ölkəmizdəki məcburi köçkünlərin müxtəlif problemlərinin həlli istiqamətində Azərbaycan Respublikası Prezidentinin və ölkənin Birinci vitse-prezidentinin rəhbərliyi altında məcburi köçkünlərin hüquqlarının müdafiəsi, sosial, mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması və digər narahatlıq doğuran problemlərinin həlli baxımından həyata keçirilən genişmiqyaslı tədbirlər yüksək qiymətləndirilmiş və bu istiqamətdə yaradılan Azərbaycan modeli dünyanın oxşar problemləri ilə üzləşən ölkələri üçün nümunə kimi dəyərləndirilmişdir.

Sonda iştirakçılara sertifikatlar təqdim edilmişdir.

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993