“SABAH” qrupunun tələbələri Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində olublar

Mayın 25-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ərazisi işğal altında olan rayonlardan “SABAH” qrupunun tələbələri üçün info-tur təşkil edib. İnfo-turun məqsədi “SABAH” tələbələrinə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin fəaliyyət istiqamətləri barədə məlumat vermək və gələcəkdə onları Komitədə çalışmaları üçün təşviq etməkdir.

Tələbələrlə görüşən Dövlət Komitəsinin sədri Rövşən Rzayev, Komitənin əsas fəaliyyət istiqamətləri barədə məlumat verib.

O, tələbələrə Azərbaycan dövlətinin məcburi köçkünlərin problemlərinin həlli istiqamətində gördüyü işlərdən danışıb. Qeyd edib ki, Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan bu humanist siyasət hazırda dövlətimizin başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu tərəfindən aparaılan iri miqyaslı layihələr həyata keçirilir.

Mayın 24-də Lökbatan qəsəbəsinin yaxınlığında məcburi köçkünlər üçün salınan “Qobu Park” yaşayış kompleksinin açılışından danışan Dövlət Komitəsinin sədri dünyanın heç bir yerində məcburi köçkünlərə belə şəraitin yaradılmadığını vurğulayıb. Bildirib ki, Azərbaycan dövlətinin bu sahədə əldə etdiyi nailiyyətlər, təcrübə artıq dünyada bir model kimi qəbul olunur və beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir.

Tədbirdə “SABAH” qrupunun fəaliyyətinə toxunulub, Azərbaycan gənclərinin fərdi və müasir tələblərə uyğun təhsil almaları istiqamətində bu layihənin əhəmiyyətindən danışılıb.

Layihə çərçivəsində ali təhsil müəssisələrində təhsil alan savadlı, bacarıqlı tələbələrin kadr hazırlığının təmin edilməsi məqsədi ilə müxtəlif dövlət qurumlarında “SABAH” qrupu tələbələrinin təcrübə keçdiyi və gələcəkdə də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində onların peşəkar kadr kimi yetişməsi üçün hər bir şəraitin yaradılacağı diqqətə çatdırılıb.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993