Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri bölgələrdə məcburi köçkünlərlə görüşüb

Komitə sədri həmin gün Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində Laçın rayonundan olan, eləcə də Ağcabədi, Bərdə, Tərtər və Ağdam rayonlarında məskunlaşan 200-dək məcburi köçkünü qəbul edib.

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşlar qəbul edilir, onların müxtəlif məsələlərlə bağlı müraciət, ərizə və şikayətlərinin həlli üçün tədbirlər görülür.

Mayın 30-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində Laçın rayonundan olan, eləcə də Ağcabədi, Bərdə, Tərtər və Ağdam rayonlarında məskunlaşan 200-dək məcburi köçkünü qəbul edib.

Qəbulda məcburi köçkünlər tərəfindən əsasən mənzil, qeydiyyat, kommunal xidmətlər, yol təmiri, təmir-bərpa, işə düzəlmə və bu qəbildən digər məsələlərlə bağlı kollektiv və fərdi qaydada müraciətlər edilib.

Qəbulda müraciətlərin əsasən mənzillə bağlı olduğunu nəzərə alaraq, Dövlət Komitəsinin sədri qeyd edib ki, ölkədə qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli həmişə olduğu kimi, hazırda da Azərbaycan Prezidenti İlham Əliyevin diqqət mərkəzindədir. Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın rəhbərliyi və təşəbbüsü ilə qaçqınların və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində irimiqyaslı işlər, sosial yönümlü layihələr həyata keçirilir. Buna baxmayaraq, hələ də ağır şəraitdə yaşayan məcburi köçkünlərin olduğunu vurğulayan Rövşən Rzayev həmin soydaşlarımızın mənzil-məişət şəraitinin mərhələli və sistemli şəkildə yaxşılaşdırılması üçün addımlar atılacağı ilə bağlı məlumat verib.

Dövlət Komitəsinin sədri məcburi köçkünlərin müraciətlərini, şikayət və təkliflərini dinləyib, onların problemlərinin qanunvericiliyə uyğun şəkildə araşdırılması və həlli üçün konkret tapşırıqlar verib.

Qəbula gələn məcburi köçkünlər göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Rövşən Rzayev respublikanın digər rayonlarında məskunlaşan məcburi köçkünlərlə də görüşlərin keçiriləcəyini diqqətə çatdırıb.

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993