Dövlət Komitəsində növbəti dəfə məcburi köçkünlərlə görüş keçirilib

Mayın 29-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev növbəti dəfə məcburi köçkünlərlə görüşüb.

Görüşdə Dövlət Komitəsinin sədr müavinləri, şöbə və departament müdirləri, Bakı şəhəri üzrə sektor müdirləri və ərazisi işğal olunmuş rayonların icra hakimiyyəti başçılarının müavinləri iştirak ediblər.

Bakı şəhərindən və bölgələrdən görüşə gələn məcburi köçkünlər ayrı-ayrılıqda dinlənilib, müraciət olunan məsələlərlə bağlı geniş izahat verilib.

Qeyd olunub ki, qəzalı binalarda yaşayan məcburi köçkünlərin problemlərinin həlli, o cümlədən mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində mərhələli şəkildə işlər həyata keçirilir.

Görüş zamanı məcburi köçkünlər tərəfindən əsasən mənzil, qeydiyyat, kommunal xidmətlər, təmir-bərpa və digər bu kimi məsələlərlə bağlı kollektiv və fərdi qaydada ərizələr təqdim edilib.

Dövlət Komitəsinin sədri müraciətlərin araşdırılması və müvafiq tədbirlər görülməsi üçün tapşırıqlar verib.

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993