Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin məlumatı

2018-ci il 25 aprel tarixdə Gəncə şəhəri ərazisində Rafiq Həsənəliyev küçəsində yerləşən məcburi köçkünlərin məskunlaşdığı Alüminium zavodunun sanatoriyasında yanğın baş verib. Baş vermiş hadisə nəticəsində Kəlbəcər rayonundan olan məcburi köçkün Alıməmmədov Malik Hidayət oğlunun mənzili ev əşyaları ilə birlikdə yanıb.

Bununla əlaqədar olaraq Komitə sədrinin tapşırığı əsasında qurumun əməkdaşları həmin ərazidə olub, mövcud vəziyyətlə yerində tanış olub.

Qeyd etmək istəyirik ki, Alıməmmədov Malik Hidayət oğlunun mənzili bərpa edilib və yanğın zamanı ailəyə məxsus əşyalara dəymiş ziyanın ödənilməsi qismən təmin olunub.

Bununla bağlı Kəlbəcər rayonundan olan məcburi köçkün Alıməmmədov Malik Hidayət oğlu yanğın zamanı dəymiş ziyanın qismən aradan qaldırıldığına görə Komitəyə təşəkkür məktubu göndərib.

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993