Azərbaycan hökuməti ilə Dünya Bankı arasındakı əməkdaşlıq əlaqələri müzakirə olunub

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev aprelin 26-da Dünya Bankının Azərbaycan üzrə ölkə direktoru Navid Hasan Naqvi ilə görüşüb.

Navid Hasan Naqvi Rövşən Rzayevi yeni təyinatı münasibətilə təbrik edib və ona gələcək işlərində uğurlar arzulayıb.

Təbrikə görə təşəkkür edən Komitə sədri Rövşən Rzayev Azərbaycan Hökuməti ilə Dünya Bankı arasındakı əməkdaşlığı yüksək qiymətləndirib.

Görüşdə Navid Hasan Naqvi məcburi köçkünlərlə bağlı həyata keçirilən layihələrin hazırkı vəziyyəti ilə bağlı ətraflı məlumat verib.

Rövşən Rzayev bildirib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət sayəsində Azərbaycan Hökuməti ilə Dünya Bankı arasında həyata keçirilən layihələr qarşılıqlı əməkdaşlıq şəraitində uğurla davam etdirilib. İstər məcburi köçkünlərin məskunlaşma obyektlərində, istərsə də onlar üçün yeni salınmış qəsəbələrdə həyata keçirilən layihələr ölkəmiz üçün mühüm önəm kəsb edir.

Komitə sədri məcburi köçkünlərlə bağlı həyata keçirilən layihələrin bundan sonra da uğurla icra olunacağına əminliyini ifadə edib.

Navid Hasan Naqvi ölkəmizdə həyata keçirilən layihələrə dəstək verdiyinə görə, Azərbaycan hökumətinə minnətdarlığını bildirib.

 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993