Ramiz Mehdiyev: “Qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün çox böyük işlər görülür”

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin yeni sədri kollektivə təqdim olunub

Aprelin 24-də Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin yeni təyin olunmuş sədri Rövşən Rzayevi kollektivə təqdim edib və ona işlərində uğurlar arzulayıb.

Komitənin yeni sədrini təqdim edən Ramiz Mehdiyev Rövşən Rzayevin keçdiyi həyat yolu və iş təcrübəsi barədə məlumat verib.

Prezident Administrasiyasının rəhbəri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən ölkə əhalisinin ən həssas təbəqəsi olan qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün çox böyük işlərin görüldüyünü diqqətə çatdırıb və bu istiqamətdə işlərin bundan sonra da davam etdiriləcəyini vurğulayıb.

Ramiz Mehdiyev dövlətimizin başçısı tərəfindən qarşıya qoyulan vəzifələrə nail olmaq üçün Komitənin kollektivinə müvafiq məsləhət və tövsiyələrini verib.

Yeni təyin olunmuş Komitə sədri Rövşən Rzayev Azərbaycan Prezidenti İlham Əliyevin ona göstərdiyi yüksək etimada görə minnətdarlığını bildirib və qaçqın və məcburi köçkünlərlə bağlı qarşıya qoyulan vəzifələri layiqincə yerinə yetirəcəyini bildirib.

Xatırladaq ki, Rövşən Şükür oğlu Rzayev Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 aprel tarixli Sərəncamı ilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə təyin edilib.

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993