Dövlətqaçqınkomun Gəncədə məcburi köçkünlərin məskunlaşdığı sanatoriyada baş vermiş yanğınla bağlı açıqlaması

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti Gəncə şəhəri ərazisindəki alüminium zavodunun sanatoriyasında baş vermiş yanğınla əlaqədar açıqlama yayıb.

Açıqlamada deyilir: “2018-ci il aprelin 25-də Gəncə şəhəri ərazisində Rafiq Həsənəliyev küçəsində yerləşən məcburi köçkünlərin məskunlaşdığı alüminium zavodunun sanatoriyasında yanğın baş verib. Baş vermiş hadisə nəticəsində Kəlbəcər rayonundan olan məcburi köçkün Alıməmmədov Malik Hidayət oğlunun mənzili ev əşyaları ilə birlikdə yanıb.

Bununla əlaqədar olaraq Komitə sədrinin tapşırığı əsasında Komitənin əməkdaşları dərhal həmin ərazidə olub, mövcud vəziyyətlə yerində tanış olublar. Operativ tədbirlər nəticəsində Alıməmmədov Malik Hidayət oğlunun mənzili qısa zamanda bərpa ediləcək və ailəyə müvafiq kömək göstəriləcək.

Bununla bağlı əlavə məlumat veriləcək”.

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993