Rusiya Dağlıq Qarabağ münaqişəsi tərəflərinə problemin həllində köməyi davam etdirəcək

Rusiya Dağlıq Qarabağ münaqişəsi tərəflərinə problemin həllində köməyi davam etdirəcək. Bunu ötən həftə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bazeldə mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması çoxdankı, mürəkkəb prosesdir: "Bu prosesdə yanaşmalar dəyişib və biz artıq bir neçə ildir ki, ATƏT-in Minsk qrupunun həmsədrləri ilə birgə qeydə alınmış prinsiplərin - ərazi bütövlüyünə hörmət, güc tətbiq etməmək və xalqların öz müqəddəratını təyin etmək hüququna hörmət - praktiki yerinə yetirilməsi üzrə danışıqlara başlamaq mümkün olsun deyə, bu yanaşmaları ortaq məxrəcə gətirmək üçün çalışırıq".

S.Lavrov qeyd edib ki, bu, çox çətin prosesdir, lakin davam etdiriləcək: "Əminəm ki, biz və ABŞ, Fransadan olan tərəfdaşlarımız ümumi məqbul razılığa gəlmək üçün yenə də Azərbaycan və Ermənistana kömək edəcəyik".

Nazir əlavə edib ki, ATƏT Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində həmsədrlər birgə bəyanat yaydılar: "Bəyanatda onlar münaqişənin həlli yolunu tapmaq üçün tərəflərə kömək göstərmək qətiyyətlərini təsdiq etdilər".

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993